Mərdan 32 ölkə qarşısında çıxış etdi – VİDEO
Müğənni Mərdan Kazımov Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının bağlanış mərasimində çıxış edib.
Minval.info xəbər verir ki, Gimnastika Arenasında təşkil olunan tədbirdə özəl qonaq olaraq müğənni Mərdan Kazımov da yer alıb.
O, dünya çempionatı üçün özəl lentə aldırdığı “Zəfər meydanı” mahnısını təqdim edib.
“Minifutbol üzrə dünya çempionatının bağlanış mərasimində sırf bu yarışa özəl milli komandamıza həsr etdiyimiz “Zəfər Meydanı” adlı mahnımızla performans göstərdik. Şükürlər olsun ki, dünya çempionluğu bizə qismət oldu”, – deyə ifaçı bildirib.
O, “Gəl, ey səhər” mahnısını da ifa edib. Onun çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, 32 ölkənin iştirak etdiyi bu mötəbər turnir hər ölkənin idman kanalında canlı yayımlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!