“Mənə “pretenziya” etməyin” - Oqtay Əsədov
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ona söz verilmədiyi üçün narazılıq edib.
Minval.info-nun “Report”a istinadən xəbərinə görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı A.Rəhimzadə deyib ki, ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrlə bağlı məruzəsindən sonra ona söz verilməli idi: “Çünki bu məruzə parlamentin Regional məsələlər komitəsinin toplantısıanda müzakirə olunub, bununla bağlı məlumat verməli idim. İstəmirsinizsə, heç danışmayım”.
Parlamentin sədri Oqtay Əsədov isə bildirib ki, A.Rəhimzadə komitə sədri kimi müzakirələrdə iştirak etmək istəyirdisə, bu barədə əvvəlcədən məlumat verməli idi: “Nə vaxt istəyirdinizsə, deyərdiniz, çıxış edərdiniz. “Pretenziya” etməyin”.
Sonra söz deputat Əli Məsimliyə verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı