Əməliyyatçılar Saakaşvilini saçlarından sürüdülər – VİDEO
Kiyevdə keçmiş Odessa vilayəti meri Mixail Saakaşvilinin saxlanılmasında 10-dan çox əməliyyatçı iştirak edib.
Oxu.Az xəbər verir ki, “Zrada çi Peremoqa” “Telegram” kanalının yaydığı “Suluquni” restoranının müşahidə kamerasından çəkilmiş videogörüntüdə əməliyyatçıların onu məcburi şəkildə binadan çıxardığını görmək olur.
Kadrlarda növbə ilə üzü maskalı və kamuflyaj geyimdə olan 14 nəfərin restorana daxil olması, Saakaşvilini yerə yıxmaları, daha sonra isə saçlarından dartaraq çölə çıxarması əksini tapır.
Daha sonra açıqlama verən Saakaşvili ukraynalı əməliyyatçıları faşistlərlə müqayisə edərək, ona qarşı çox kobud davranmaqla güc tətbiq etdiklərini bildirib.
Qeyd edək ki, fevralın 12-də Ukrayna sərhəd xidmətinin xüsusi təyinatlıları Saakaşvilini restoranda saxlayaraq, onu helikopterlə Borispol aeroportuna aparıb, daha sonra isə Ukrayna vətəndaşlığından məhrum olan siyasətçi təyyarəyə mindirilib və Polşa paytaxtına göndərilib.
Xatırladaq ki, 2017-ci ilin sonlarında, Kiyev dairə-inzibati məhkəməsi vətəndaşlığı əlindən alınan Saakaşvilinin ölkədən ekstradisiyasına əngəl olacaq hər hansı halın və ya səbəbin olmadığını qət edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistanın keçmiş prezidenti indiki baş nazirə qarşı mübarizəyə qoşulur
Diana Barikyan: "Tutaq ki, Paşinyanı devirdiniz, bəs sonra nə olacaq?"
Prezidentin 10 sitatı: “Naftalin iyi verən insanlar artıq xalqı bezdirib”
Paşinyana İranda nə söz verdilər - təhlil
Rəsmi Tehrandan ABŞ-ın Türkiyə ilə bağlı qərarına - Sərt reaksiya
Ərdoğan Prezident İlham Əliyevə zəng edib