28.08.2026 - 15:02
Maqazin 203 baxış

Məktəb formalarında böyük endirim: 5-10 AZN ucuzlaşma!

Məktəb formalarının qiymətlərində endirimlər davam edir. Şalvar və ətəklərin qiyməti 20 manatdan 15 manata endirilib. Jaketlərin qiyməti isə 30 manatdan 20–22 manata düşüb.

Minval.info xəbər verir ki, Bakı Tikiş Evi (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov bu il tətbiq olunan endirimlərin cari ildə də qüvvədə olduğunu bildirib. O, köynək və polo köynəklərin qiymətinin qısaqol modellər üçün 12 manat, uzunqol modellər üçün isə 14 manat olduğunu qeyd edib. Məhsulların 100 faiz pambıq parçadan hazırlandığı vurğulanıb.

Satış mərkəzləri ilboyu fəaliyyət göstərir və məktəb mövsümü ərəfəsində həftənin bütün günləri, ayın 15-dək açıq olacaq. Satış mərkəzlərinin ünvanları və digər məlumatlar Bakı Tikiş Evinin rəsmi internet səhifəsində yerləşdirilib.

BTE valideynlərə müraciət edərək, məktəb formalarını təsadüfi satış yerlərindən almamağı tövsiyə edib. Fabrik istehsalı olan, sertifikat və zəmanətlə təmin edilən məhsullara üstünlük vermək məsləhət görülür. Məktəb formalarına bir il zəmanət verilir və bu müddət ərzində keyfiyyətində heç bir dəyişiklik olmayacağına zəmanət verilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: