Mədəniyyət nazirinin müavinləri vəzifəsini icra edən şəxslər məlum olub - SİYAHI
Azərbaycan mədəniyyət nazirinin müavinləri vəzifəsini müvvəqqəti icra edən şəxslər məlum olub.
Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yeni təyinatlar olana qədər nazir müavinləri və digər əməkdaşlar öz vəzifələrini icra edəcəklər.
Vurğulanıb ki, Mədəniyyət Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi kimi fəaliyyət göstərdiyi dövrdə nazirin dörd müavini olub. Bunlar nazirin birinci müavini Vaqif Əliyev, nazir müavinləri Ədalət Vəliyev, Nazim Səmədov, Sevda Məmmədəliyevadır. Onlar hazırda vəzifələrini müvəqqəti icra edirlər.
Bundan başqa, nazirliyin digər strukturların rəhbərləri də əvvəlki vəzifələrini müvəqqəti yerinə yetirirlər.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 20-də “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamala Mədəniyyət və Turizm Nazirliyi ləğv olunub, nazirliyin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.
Dövlət başçısının aprelin 23-də imzaladığı sərəncamla əvvəllər mədəniyyət və turizm naziri vəzifəsini tutan Əbülfəs Qarayev mədəniyyət naziri təyin olunub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda dini qurumlar ianəni bank kartı ilə qəbul edə biləcəklər
Jurnalist Fuad Abbasov aclıq aksiyasını dayandırdı
Baş Prokurorluq: "Bu il Azərbaycanda 33 qadın qəsdən öldürülüb"
Sumqayıtda 29 yaşlı şəxs evində ölü tapıldı
Əhməd Əhmədzadə yeni vəzifəyə TƏYİN EDİLDİ
Bakı-Sumqayıt yolu yenə bağlanır
Sabahın hava proqnozu açıqlanıb