Lüksemburq hökuməti Azərbaycanla oyun öncəsi dronların uçuşunu qadağan etdi
Lüksemburqda beynəlxalq futbol matçlarında dronlardan istifadə qadağan edilib.
“Report” “lessentiel.lu” nəşrinə istinadən xəbər verir ki, hökumət yığmanın UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu – VI turunun Azərbaycanla oyununda baş verə biləcək mümkün təxribatın qarşısını almaq üçün bu addımı atıb.
İkinci Qarabağ müharibəsinin yenicə başa çatdığını nəzərə alan müvafiq qurumlar görüşün baş tutacağı “Jozi Bartel” stadionunun üzərində dronların uçuşuna qadağa qoyub. Qadağanı pozan şəxsləri 8 gündən 1 ilə qədər həbs cəzası və 12-248 avro məbləğində cərimə gözləyir.
Noyabrın 17-də keçiriləcək Lüksemburq – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, 2018/2019 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin “Düdelanj” – “Qarabağ” oyununda (1:4) ermənilər tərəfindən təxribat törədilmişdi. Matçın birinci hissəsində Ağdam klubunun 30-cu dəqiqədə vurduğu ikinci qoldan sonra stadionun üzərinə dronla separatçı rejimin bayrağı gətirilmişdi.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək