27.09.2026 - 11:43
Los-Ancelesdə Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib
Dünya 4 baxış

Los-Ancelesdə Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin anım mərasimi təşkil edilib.

Minval.info xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğu “X” sosial şəbəkə hesabında məlumat yayıb. Anım tədbirində Türkiyənin Los-Ancelesdəki Baş konsulu Menekşe Onuk və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsinə həsr olunmuş, Bakı Media Mərkəzi və “Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi “BİZ” sənədli filmi nümayiş etdirilib. Film müharibə dövründə Azərbaycan xalqının qəhrəmanlıq mücadiləsini əks etdirir.

Mərasimdə iştirak edənlər şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbir, həmçinin, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: