Loqoped uşağa şiddət göstərdi: Video yayıldı
Şirvan şəhərində fəaliyyət göstərən bir mərkəzdə loqopedin nitq qüsuru olan uşağa fiziki şiddət göstərdiyi iddia edilir. Təlimçi Ceyran adlı şəxs, uşağın nitqindəki irəliləyişləri valideynə göstərmək məqsədilə məşğələ prosesini telefonla çəkib. Lakin videoda uşağa şiddət göstərdiyi hissəni montaj etməyi unudaraq, görüntüləri olduğu kimi valideynə göndərib.
Minval.info xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda təlimçinin uşağa danışmağı öyrədərkən onun baş nahiyəsinə bir neçə dəfə zərbə endirdiyi görünür. Məlumata görə, Ceyran adlı təlimçi əvvəllər “Qüsursuz Nitq və Psixologiya Mərkəzi”ndə çalışıb, lakin mərkəzin rəhbəri Esmira Qafarova onun təxminən il yarım əvvəl işdən ayrıldığını və hazırda mərkəzlə heç bir əlaqəsinin olmadığını bildirib.
Faktla bağlı məlumat və görüntülər hüquq-mühafizə orqanlarına təqdim olunub və araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı