Əliyev Paşinyanın cavabını verdi - “Qarabağ Azərbaycandır və nida işarəsi”
Prezident İlham Əliyev Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub. “Qafqazinfo”nun məlumatına görə, ölkə başçısı Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına cavab verib.
“Son vaxtlar Ermənistanın Baş Naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağlıq Qarabağ xalqı anlamı mövcud deyil. Dağlıq Qarabağın əhalisi var ki, onlar da münaqişəyə qədər bərabər hüquqlara malik Azərbaycan və Ermənistan əhalisindən ibarət olub. Azərbaycan üçün hansı həllin məqbul olmasına gəlincə, bu, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur.
Ermənistanın Azərbaycan qarşı hərbi aqressiyası bu gün də davam edir. Dünən erməni snayperi tərəfindən münaqişə zonasından uzaqda olan Qazaxın dinc sakini vurulub. Həmçinin, deməliyəm ki, 2016-cı ilin aprelində hərbi təxribat zamanı qız uşağı daxil olmaqla Azərbaycanın altı dinc sakini öldürülüb.
Mən Ermənistan Baş Nazirinin, təəccüb doğuran “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Qarabağ – Azərbaycandır və nida işarəsi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı