Əli Xamenei: "İran xalqı Amerikanın bu çirkin əməlləri qarşısında heç zaman geri çəkilməyəcək"
Bu gün dünyanın ən mənfur, xəbis dövləti müharibə, təfriqə ilə başqa dövlət və xalqları qarət edir, şərafətli İran xalqını təhqir və ittiham edir. İran xalqı Amerikanın bu çirkin əməlləri qarşısında heç zaman geri çəkilməyəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün Ayətullah Şəhid Behiştinin şəhadət ildönümü və Məhkəmə işçilərinin həftəsi münasibətilə Məhkəmə Sisteminin sədri, məsul işçiləri, ölkənin bütün məhkəmələrinin sədrləri ilə görüşündə deyib.
“ABŞ-ın İran xalqına qarşı olan sanksiyaları zülmün bariz nümunəsidir. Qüdrətli İran xalqı Allahın lütfü ilə möhkəm dağ kimi onların qarşısında dayanıb və qətiyyətlə hərəkət etməyə davam edir.”
ABŞ-ın müzakirə təklifi hiylədir deyən Ayətullah Xamenei bildirib ki, düşmən təzyiq və sanksiyalarla hədəfinə çata bilmədiyi zaman sadəliklə İran xalqını müzakirəyə dəvət edir. Və deyir ki, İran xalqı inkişaf etməlidir. Əlbəttə İran xalqı inkişaf edəcək. Amma siz olmadan. Bu şərtlə siz yaxınlaşmayın. Amerikanın müzakirələrdən məqsədi İranı tərksilah etmək və iqtidarını zəiflətməkdir.
ABŞ İran xalqının güclənməsindən qorxur. Buna görə İrandan silah və iqtidarı müzakirə yolu ilə almaq istəyir. Müzakirələrdə onun sözlərini qəbul etsəniz, millətin atasını yandırarsınız, qəbul etməsəniz, İran əleyhinə təbliğat və təzyiqlər davam edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı