07.12.2021 - 12:25
İqtisadiyyat
30 baxış
Əli Həsənovun oğlunun Tiflisdəki biznesi üzə çıxdı (FOTOLAR)
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlinin Gürcüstan paytaxtındakı biznes fəaliyyəti ilə bağlı bəzi ipucları əldə etmək mümkün olub. Minval.info xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun əldə etdiyi sənədlərdən məlum olur ki, Həsənovlar ailəsinə məxsus “Ducle Nutrition LLC” 2017-ci ilin oktyabrında Tiflisin İsani rayonunda Tedzami küçəsi 5 ünvanında hüquqi qeydiyyata alınıb. Şirkətin direktoru Sənan Abdullayev adlı şəxsdir. Onun 100 faiz pay hüququ Şamxal Həsənliyə məxsusdur.
Şirkətin hansı profil üzrə fəaliyyət göstərdiyi məlum deyil.
Sənan Abdullayevin adı Gürcüstanın İctimai Qeydiyyat üzrə Milli Agentliyində qeydiyyata alınmış “Caspian Inspection Company” Ltd., “Village Group” Ltd., “Megobari” Ltd., B.h.e. Co. Ltd. və Pompa+ Ltd. şirkətlərinin təsisçiləri sırasında da keçir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
18.09.2026 - 23:05
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
18.09.2026 - 18:46
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
18.09.2026 - 15:16
Neft bazarında qiymətlər enişdə davam edir
18.09.2026 - 11:25
Yelo Bank-ın müşahidə şurasına yeni üzv seçildi
17.09.2026 - 22:07
Neft qiymətləri Səudiyyə Ərəbistanı ilə ucuzlaşdı
17.09.2026 - 21:25
Norm ASC 2025-ci ildə rekord gəlir əldə etdi
17.09.2026 - 16:52
Neftin qiyməti sürətlə yüksəlir!
16.09.2026 - 23:28




