Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla bağlı şikayətlər səngimək bilmir.

 “Minval.info” Sfera.az-a istinadən bildirir ki, bu dəfə türkiyəli vətəndaşlardan biri Həsənovun “fəaliyyəti”ndən söz açıb. Kadir Tekin adlı şəxs Əli Həsənovun Əhmədlidə yerləşən villasında çalışdığını, ancaq əməyinin qarşılığını ala bilmədiyini vurğulayıb:
“Həsənov 1900 manatımı vermədi, inkar etdi. Mən haqqımı almaq üçün yanına gedən zaman isə mühafizəçi 4 iti üstümə saldı. “Bir daha bura gəlmə, yoxsa özünü həbsxanada taparsan”, – deyə xəbərdarlıq etdilər”.