Levandovski Ronaldu və Messini qabaqladı
UEFA Çempionlar Liqasında həftənin oyunçusu açıqlanıb.
“Report”un məlumatına görə, bu ada Almaniya “Bavariya”sının hücumçusu Robert Levandovski layiq görülüb. O, azarkeşlərin səsverməsinə əsasən, İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Kayl Uolker, İtaliya “Yuventus”unun hücumçusu Kriştianu Ronaldu və İspaniya “Barselona”sının forvardı Lionel Messidən üstün olub.
32 yaşlı polşalı hücumçu İngiltərədə “Çelsi”ni 4:1 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin cavab matçında 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 1/4 finalda “Atalanta” (İtaliya) – PSJ (Fransa), “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya), “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) və “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) görüşləri keçiriləcək. Oyunlar “8-lər finalı” formatında Portuqaliyada təşkil olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək