Lerikdə 59 yaşlı müəllimindən hamilə qalan məktəbli ilə bağlı - Açıqlama
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lerikdə hamilə qalan məktəbli ilə bağlı açıqlama yayıb.
Minval.info-nun məlumatına görə, qurumun yaydığı məlumatda bildirilir ki, Lerik rayonunun Kirəvud kəndinin 2003-cü il təvəllüdlü 11-ci sinif şagirdi kəndin 1961-ci il təvəllüdlü rus dili müəllimindən hamilə qalıb.
Məktəblinin 5 aylıq hamilə olduğu kənd icra nümayəndəsi Şəfiq Əliyev tərəfindən təsdiqlənib.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Məlumata görə, komitənin əməkdaşları Lerik rayon İcra Hakimiyəti başçısının müavini Arzu Vəliməmmədova ilə əlaqə saxlayaraq hadisə ilə bağlı ətraflı məlumat alıb. A.Vəliməmmədova hadisənin rayon hüquq – mühafizə orqanları tərəfindən araşdırıldığını, uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi üçün aprelin 6-da kənd icra nümayəndəsi və psixoloqla birgə ailəyə səfər etdiklərini bildirib. Məlumatda məktəbli və anasının Rayon polis şöbəsində yerli icra nümayəndələrinin iştirakı ilə dindirildiyi qeyd olunub. Dindirilmə zamanı məlum olub ki, məktəbli ailəsi tərəfindən də mütəmadi olaraq təzyiqlərə məruz qalıb. Eyni zamanda, ailə fərdlərinin psixoloji durumunun normal olmadığı diqqətə çatdırılıb. Mütəxəssislər, azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu nəzərə alaraq, onu Bakıdakı sığınacaqlardan birinə yerləşdirilməsini məqsədəuyğun hesab ediblər.
Hazırda məktəblinin “Təmiz Dünya” sığınacağına yerləşdirilməsi istiqamətində işlər aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"