Rusiya “valı” dəyişir – Kremlin anti-erməni ritorikası arxasındakı motiv

Azərbaycanın təpki və narazılıqlarının ardınca son vaxtlar Rusiya tərəfdən Bakıya ünvanlı bəzi reveranslar müşahidə edilməkdədir. Özü də erməniləri qıcıqlandıran reveranslar.

Məsələn, ərazimizdə bloklanan “RİA–Novosti” dövlət agentliyi separatçı-quldur Beqlaryanla təxribatçı müsahibəsini sildi. Ardınca “Rossiya-24” kanalı Azərbaycan (Qarabağ, Şuşa) haqda erməniləri qəzəbləndirən 9 dəqiqəlik reportaj yaydı. İki gün öncə isə Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların nəzarət zonasını əks etdirən xəritəsindən “stepanakert” adı silinib.

Bundan əlavə, İyunun 7-də Moskva muzeyində Edmond Petrosyan ad-soyadlı erməni rəssamın əsərlərinin sərgisi öncə “Edmond Petrosyan. Dağlıq Qarabağdan sirlər” reklam lövhəsi ilə təqdim olunsa da, sonra “Dağlıq Qarabağ” sözü yığışdırılıb, üstəlik, sərginin təsvirində “Stepanakert” sözünün qarşısında mötərizədə şəhərin gerçək adı – Xankəndi göstərilib. Moskva erməniləri sərginin ilkin adının dəyişdirilməsinə nəyin səbəb olduğunu öyrənmək qərarına gəliblər. Şərq Muzeyi direktorunun müavini, Rusiya Elmlər Akademiyasının professoru İlya Zaitsevin cavabı onlar üçün çox məyusedici olub: “Fakt budur ki, siz də bunu bilməlisiniz, Dağlıq Qarabağ ərazisi beynəlxalq birlik və Rusiya tərəfindən Azərbaycan Respublikasının bir hissəsi hesab olunur. Məndən soruşursuz ki, niyə “Stepanakert” sözünün yanında şəhərin azərbaycanca adı yazılıb. Çünki bu, Azərbaycan hakimiyyəti tərəfindən tanınan şəhərin rəsmi adıdır. Əgər Rusiyanın bu ərazinin Azərbaycan Respublikasının bir hissəsi kimi tanınması ilə bağlı mövqeyi varsa və bu, Rusiyanın rəsmi mövqeyidirsə, siz muzeyin Rusiyanın rəsmi mövqeyinə zidd getməsini istəyirsinizmi?”

Bəs görəsən ən yüksək səviyyədə “dobro” alındığı şübhə doğurmayan bu kimi jestlər davamlı olacaqmı, yoxsa müvəqqəti xarakter daşıyır? Məqsəd nədir? Rusiya öz satellitini bu yolla həm də cəzalandırmaq istəyir, yoxsa bu sırf Lavrovun Bakı səfəri öncəsi Bakının “könlünü” almağa hesablanmış gedişlərdir?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.00-də eks xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Azərbaycan Rusiyanın bölgədə müttəfiqidirsə.

Lavrovun Bakı səfəri. Verilın açıqlamalar, bəyanatlar.

“Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir”.

Bu sözlər Rusiya XİN-in Lavrovun Azərbaycana işgüzar səfəri öncəsi yaydığı məlumatda yer alıb. “Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda inkişaf edir. Gündəlik birgə fəaliyyət bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur”, – nazirliyin bəyanatında deyilir.
Həqiqətən də belədirmi? Səfərlə bağlı son gəlişmələr. Lavrovu prezident İlham Əliyev qəbul edib. Hansı gözləntilər özünü doğrultdu?

Bu və gündəmdəki digər xəbərləri eks xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edəcəyik.