Lavrovdan gözlənilməz ifadə: “Paçan deyib, paçan eləyib”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Alyaskada keçirilən beynəlxalq görüşlə bağlı danışarkən diqqət çəkən ifadə işlədib.
Minval.info xəbər verir ki, nazir Rusiyanın danışıqlardakı mövqeyini izah edərkən diplomatik üslubdan kənara çıxaraq kriminal aləmdə və küçə jarqonunda işlənən ifadəyə müraciət edib.
“Bizim vicdanımız təmizdir. Bilirsiniz, necə deyirlər, paçan sözü: paçan deyib, paçan eləyib. Biz dedik və hazırıq”, – deyə Lavrov bildirib.
Nazirin bu ifadəsi Rusiya mediası və ekspert dairələrində də diqqət çəkib. Şərhçilər hesab edirlər ki, Lavrov bu qeyri-adi bənzətmə ilə Moskvanın verdiyi vədlərə sadiq qaldığını vurğulamağa çalışıb.
Bununla yanaşı, rəsmi diplomatik çıxışda küçə jarqonundan istifadə olunması beynəlxalq ictimaiyyətdə də maraq doğuran məqamlardan biri kimi qiymətləndirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lavrovun Tehrana səfərinə hazırlıq gedir
Qafanda İran-Ermənistan görüşü: Zəngəzur dəhlizi yenidən gündəmdə
Prokuror Anar Məmmədli və Anar Abdullayevə cəza istəyib
Ermənilər Sinirlioğlundan əl çəkmirlər - İrəvandan yeni sərt bəyanat
Erməni müxalifətçidən sensasiyalı iddia: Azərbaycanı da ittiham etdi