Lavrov Ukrayna sualından belə yayındı
Filippinin paytaxtı Manilada keçirilən rəsmi görüşlər zamanı Rusiya və ABŞ rəsmiləri arasında Ukrayna mövzusu ilə bağlı maraqlı an yaşanıb.
Minval.info xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Marko Rubio ilə görüşü zamanı jurnalistin Ukraynadakı müharibə ilə bağlı sualını cavablandırmayıb.
Məlumata görə, RFE/RL nəşrinin müxbiri Lavrova münaqişənin həlli perspektivləri barədə sual ünvanlasa da, nazir cavab vermək əvəzinə jurnalistin görünüşünə münasibət bildirib.
Lavrov sualı cavablandırmaqdan yayınaraq, “Yaxşı saç düzümünüz var”, – deyə jurnalistin saç düzümünü tərifləyib. Bununla da o, Ukraynadakı müharibə ilə bağlı verilən suala birbaşa cavab verməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı