Lavrov: "Erməni tərəfi əsirlərin siyahısını vaxtında və tam şəkildə təqdim etməyib"
“Erməni tərəfi əsirlərin siyahısını vaxtında və tam şəkildə təqdim etməyib. Noyabrın 9-u yekunlaşan hadisələr zamanı əsir düşənlərin dəyişdirilməsi baş tutub”.
“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən söyləyib.
“Noyabrın sonu erməni çağırışçılardan ibarət böyük qrup Hadruta göndərilib və əsir düşüblər. Onlar dekabrın əvvəlində əsir düşüblər. Onlar 62 nəfər olublar. Azərbaycan tərəfi həmin mərhələdə bəyan edib ki, bu insanlar üçtərəfli bəyanatdan sonra əsir düşdüklərinə görə bu məsələyə ayrıca baxılmalıdır. Mən və Rusiya prezidenti bu məsələni bağlamaq üçün “hamının hamıya” prinsipini rəhbər tutmağın tərəfdarıyıq. Əgər bizim sülhməramlılarımız olmasaydı, bunu həll etmək daha çətin olardı. Hazırda sülhməramlılar bununla məşğuldurlar”, – o qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
