Lavrov: “Biz münaqişənin həmsədrlərin işləyib hazırladıqları prinsiplər əsasında çoxdan həll olunmasını istəyirdik”
“Əgər Qarabağla bağlı əvvəllər diplomatik danışıqlara nail olunsaydı, yeddi rayon onsuz da Azərbaycana veriləcəkdi, ancaq sülh yolu ilə”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici media nümayəndələrinə müsahibəsində bildirib.
“Biz bütün münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işləyib hazırladıqları prinsiplər əsasında çoxdan həll olunmasını istəyirdik. Əgər o yolla gedilsəydi, nəticə yəqin ki, praktiki olaraq indiki kimi olacaqdı. Əvvəl beş rayonun, daha sonra iki rayonun azad olunması… Lakin birincisi bu qansız başa gələcəkdi, ikincisi isə bu siyasi həll yolu ilə birlikdə baş verəcəkdi”, – deyə Rusiya XİN başçısı vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir