"Lalafo.az" saytından pornoqrafik elanla bağlı açıqlama: "Təəssüflər olsun ki..."
Xəbər verdiyimiz kimi, elan saytı “Lalafo.az”-da pornoqrafik elan dərc edilib.
Minval.İnfo xəbər verir ki, insanların yeni və ya işlənmiş əşyalarını satmaq üçün istifadə etdiyi və hər kəsə açıq saytda seksual manyak özünün cinsiyyət orqanının fotosunu qoyaraq, cinsi əlaqə üçün elan verib. Bu elana sayt tərəfindən icazə verilib və 24 saata yaxın saytda hər kəs tərəfindən görülüb. İstifadəçilərin sosial şəbəkələrdə bu haqda yazmasından və etirazından sonra sayt həmin elanı silib.
Azərbaycanda biabırçılıq – “Lalafo.az” saytında cinsi orqanının fotosunu paylaşdı (FOTOFAKT)
ƏLAQƏLİ
Xəzər sahilində Yunanıstan ab-havalı yeni məkan – “Santorini” restoranı fəaliyyətə başladı VİDEO
Hadisə ilə bağlı “Lalafo.az” saytının meneceri Pavel Kiryaqin saytımıza açıqlamasında bildirib ki, bu hadisə sırf texniki problemə görə baş verib: “Bildiyiniz kimi, saytımızda minlərlə elan var və hər gün say daha da artır. Buna görə də, elanların təsdiq edilmə prosesi həm manual, həm də avtomatik sistemdə həyata keçirilir. Təəssüflər olsun ki, bu hadisə zamanı elan avtomatik təsdiq edilib və nəticədə həmin görüntü saytda bir müddət aktiv görünüb. Biz bu elanı saytda yerləşdirən şəxsin bütün məlumatlarını tələb olunduğu təqdirdə aidiyyəti qurumlara təqdim etməyə hazırıq. Bir daha istifadəçilərimizdən bu hadisəyə görə üzr istəyirik”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
Ukraynanın yeni hədəfi Rusiyanın onlayn ticarət sektoru ola bilər
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür