“Əla oynadıq” - Biabırçı məğlubiyyətə reaksiya
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsinin İsveçlə görüşündən sonra mətbuat konfransında danışıb.
“Qafqazinfo” xəbər verir ki, italiyalı mütəxəssis İsveçə 0:5 hesablı məğlubiyyəti şərh edib. De Byazi millinin biabırçı nəticəsinə baxmayaraq, əla oynadıqlarını bildirib:
“İkinci qola qədər oynaya bildik. Amma əla oynadıq. Top daha çox bizdə olurdu. Təbii ki, 0:2-dən sonra İsveçin hər epizodu qolla nəticələnirdi. Amma bizim də qol imkanlarımız oldu. Heç-heçə də edə bilərdik. Təbii ki, rəqib fiziki baxımdan bizdən güclü idi. Biz isə 70-75 dəqiqə çatdırırdıq. Bu ritmdə bizə çox çətin idi.
De Byazi rəqibin fiziki və texniki cəhətdən güclü olduğunu söyləyib:
“Maraqlıdır ki, bizimlə oyunlarda rəqiblərin cərimə zərbəsindən vurduğu epizodlarda bəxti gətirir. Hamısı doqquzluğa gedir. Halbuki, canlı sədd buna imkan vermək istəmirdi. Karlsson da yaxşı vurdu zərbəni. İsveç millisi fiziki və texniki güclüdür. Buna rəğmən həmin fərq bir saat meydanda görünmədi”.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək