28.08.2026 - 14:27
Lent 213 baxış

Kür çayı zibilliyə çevrildi: Sakinlər narazıdır

Kür çayının Salyan rayonundan keçən hissəsi zibil poliqonuna çevrilib. Bəzi sakinlər çayın kənarına məişət tullantıları, plastik qablar və digər zibillər ataraq ərazini çirkləndiriblər.

Minval.info xəbər verir ki, yaranmış vəziyyətdən narazı qalan vətəndaşlar bu görüntüləri sosial şəbəkələrdə paylaşaraq Kür çayının sahilinin demək olar ki, hər yerdə zibilləndiyini bildiriblər. Onlar qeyd ediblər ki, hər kənddə, hər rayonda Kürün qırağını zibilləyiblər, hətta uşaq arabasını belə gətirib atıblar. Bu vəziyyət insanlara çox pis təsir edir. Xarici ölkələrdə təbiətin necə qorunduğunu gördükdə, bu mənzərə daha da ürəkağrıdıcı olur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: