Kuarejma Bakıya gəlmə səbəbini açıqladı
Portuqaliya millisinin və Türkiyənin “Beşiktaş” komandasının futbolçusu Rikardu Kuarejma gənclər və idman naziri Azad Rəhimovla görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Minval.info report-a istinadən həmin müsahibəni təqdim edir…
– Səfərinizin əsas məqsədi nədən ibarətdir?
– Mən Azad Rəhimovun qonağıyam və Bakını ailəmlə birlikdə gəzməyə gəlmişəm. Əvvəllər də burada olmuşdum, indi daha da gözəlləşdiyini görürəm. Dünən axşam Bakıya çatdığımdan, şəhəri elə də çox gəzmək imkanım olmayıb. İlkin təəssüratlarım çox yaxşıdır. Şəhər çox gözəldir. Bir neçə gün burada olacaq və ailəmlə gəzəcəyəm.
– “Beşiktaş”da qalacaqsınızmı?
– “Beşiktaş” mənim evimdir, klubu çox sevirəm və karyeramı orada bitirmək istəyirəm.
– Neçə yaşınıza qədər futbol oynamağı düşünürsünüz?
– Özümü sağlam hiss etdiyim müddətdə futbol oynamağa davam edəcəyəm. Hazırda durumum yaxşıdır və hələ futbol oynayacağam.
– “Fənərbağça” klubunun sizə təklifi olduğu deyilirdi, bu barədə nə deyə bilərsiniz?
– Satılıq futbolçu deyiləm, mənim üçün pulun məbləğinin önəmi yoxdur. Türkiyədə “Beşiktaş”dan başqa klubda oynamaram.
– Bakıda keçirilən Avropa Liqasının final matçını izlədinizmi?
– Matçı izlədim, çox maraqlı oyun oldu. Əvvəllər “Çelsi”də oynadığım üçün onların qələbəsinə sevindim.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Qarabağ" Avroliqada 3-cü məğlubiyyətini aldı
Qurban Qurbanov: Bu haqda fikirləşməyə vaxtımız yoxdur
Premyer Liqa klubunun yeni transferi - FOTOLAR
Çempionlar Liqasının növbəti 3 finalının keçiriləcəyi şəhərlər açıqlandı
AFFA rəsmisi İngiltərə klubunun oyununa təyinat alıb
UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı
Çempionlar Liqasının qalibi kim olacaq? - Ekspertlərin proqnozları