KTN: "Rusiya Türkiyədən narıngi idxalına tam qadağa qoymayıb"

“Bir Türkiyə tədarükçüsünün narıngi idxalının dayandırılması Türkiyədən bu məhsulun idxalına tam qadağa qoyulması demək deyil”.
“Minval.info” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) nümayəndəsi bildirib.
Xatırladaq ki, daha əvvəl Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) Türkiyə tədarükçülərindən birinin ölkəyə naringi gətirməsini dayandırıb. Buna səbəb sözügedən meyvələrin tərkibində xlorpirifos pestisidinin miqdarının icazə verilən maksimum həddi keçməsidir. Söhbətin “Fikret Degirmenci” şirkətindən getdiyi bildirilir.
Nazirlik nümayəndəsi isə bunun adi praktika olduğunu deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub