Koronavirusun mutasiyaya uğramış növü Ukraynada da aşkarlandı
Koronavirusun mutasiyaya uğramış yeni növü bu dəfə Ukraynada ortaya çıxıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda yoluxucu xəstəliklər üzrə həkim Viktor Petrov məlumat yayıb.
O bildirib ki, “B.1.1.7 SARS-CoV-2” virusu Çexiyadan Ukraynanın Zakarpatya bölgəsinə gələn bir vətəndaşda aşkarlanıb.
“Nikolay adlı xəstədə yeni virus aşkarlanıb. Bununla da, mutasiya olmuş yeni virus ortaya çıxmış oldu. Bu virus qrip və Hepatit C xəstəliyi kimi sürətlə yayılır” deyə, həkim söyləyib.
Ukraynanın Avropa İttifaqındakı (Aİ) nümayəndəsi Nikolay Toçitskiy Səhiyyə Nazirliyinin mövzu ilə bağlı müzakirələr apardığını vurğulayıb.
Qeyd edək ki, mutasiyaya uğramış yeni növ virus indiyə qədər İngiltərə, Danimarka, Niderland, Avstraliya, Cənubi Afrika və İtaliyada aşkar edilib.
ƏLAQƏLİ
Türkiyənin müdafiə sənayesindəki hədəfi: 20 milyard dollarlıq yeni müqavilələr
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib