Koronavirusla mübarizə aparan həkimlərimizin - Videosu
Bu gün Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Düz 102 il əvvəl bu gün Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyi yaradılıb və bu səbəbdən də artıq 19 ildir ki, 17 iyun tibb işçiləri üçün əlamətdar gün kimi qeyd olunur.
İnsan üçün ən qiymətli sərvət sağlamlıqdır ki, onun da keşiyində tibb işçiləri durur. Onsuz da hər zaman əziyyətləri danılmaz olan ağxalatlılar üçün bu il bir qədər ağır və məşəqqətli oldu. Artıq aylardır ki, evinə getməyən, doğmaları ilə görüşə bilməyən həkimlərimiz, tibb işçilərimiz var. Onların maska taxmaqdan üzləri soyulur, eynəklər göz ətrafında yaralar əmələ gətirir, əyinlərindən çıxara bilmədikləri kombinezonlarda temperatur qalxdıqca nəfəsləri daralır.
Ancaq heç nəyə baxmayaraq onlar vəzifələri, biz isə onlarla qürur duyuruq.
“Qafqazinfo” bu xüsusi gündə tibb işçilərinin son aylar ərzində mətbuatda yayımlanan və pandemiya zamanı çəkdikləri əziyyətləri əks etdirən görüntülərindən ibarət videoçarx hazırlayıb.
Həmin videonu təqdim edirik:
https://www.youtube.com/watch?v=Byelu_9Q_T8&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bürclər - 16 iyun
Azərbaycanda bir məhkəmənin 4 hakimi koronavirusa yoluxub
Hacı Şahinin xütbəsində onu təhqir etdilər
Ermənistan prezidenti başqa ölkənin vətəndaşı imiş
Azərbaycanda iki məmur həbs edildi (RƏSMİ)