30.08.2026 - 16:51
Maqazin 42 baxış

Könül Kərimova və Təranə Qumral barışdı!

Əməkdar artist Könül Kərimova ilə müğənni Təranə Qumral arasında uzun müddətdir davam edən küsülülük nəhayət sona çatıb. Sənətçilər uzun fasilədən sonra bir araya gələrək birlikdə foto çəkdiriblər.

Minval.info xəbər verir ki, Təranə Qumral həmin görüntünü sosial şəbəkə hesabında paylaşaraq “Uzun aradan sonra yenidən biz” şərhini yazıb. Beləliklə, illərdir küsülü olan sənətçilərin barışdığı məlum olub.

Xatırladaq ki, Təranə ilə Könül arasında illərdir davam edən anlaşılmazlıq bir neçə il əvvəl Təranənin Könülün iştirak etdiyi verilişdə qəfildən studiyaya daxil olması ilə daha da dərinləşmişdi. Kərimova həmin an studiyanı tərk etmək istədiyini bildirmişdi. O, daha sonra sosial şəbəkədə onu qınayanlara “Siz həqiqəti bilsəniz, həyata, insanlığa nifrət edərsiniz. Ən azı yazdıqlarınıza görə utanarsınız. Şükr edirəm ki, həmin an ürəyim dayanmadı. Allah mənə güc verdi. Nə isə. Hər şey yaxşıdır” cavabını vermişdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: