"Kontakt Home"dan soyuducu aldı, amma... - "1600 manat..." (FOTO)
Daha bir “Kontakt Home” alıcısı mağazadan narazı qalıb.
Minval.info xəbər verir ki, bir müddət əvvəl mağazadan sifarişlə soyuducu alan Bakı sakini İlahə Tağıyeva bu addımına peşman olub. Belə ki, aldığı soyuducu qırıq halda gətirilib, amma mağaza məhsula sahib çıxmır. Şikayətçi bu barədə sosial şəbəkədə yazıb:
ƏLAQƏLİ
Xəzər sahilində Yunanıstan ab-havalı yeni məkan – “Santorini” restoranı fəaliyyətə başladı VİDEO
“İyulun 24-ü 1600 manata “Kontakt Home”dan soyuducu aldıq. Soyuducunu eviməz gətirdilər, amma təhvil-təslimlə bağlı hər hansı bir sənəd vermədilər, imza atdırmadılar. Bunun səbəbini də soruşduq, dedilər ki, “Onu servisdən işçilər gələcək, həm quraşdırma edəcəklər, həm də təhvil-təslim üçün imza atdıracaqlar”. Sonra servisə zəng etdik. Dedilər ki, soyuducuya görə quraşdırma olmur, açıb işlədə bilərik. Zəmanət də artıq hazırdır, adımız onlarda varmış. Evə köçməmişdik deyə məhsulu 3 gün sonra soyuducunu açdıq və buzxanasının qapısında içəridən qırıq olduğunu gördük.
Dərhla servisə zəng etdik. 10 gün uzatdılar, hər dəfə “2-3 günə ustalar gəlib baxacaqlar” dedilər. Lakin dünən yenə əlaqə saxlayanda şəkil istədilər, çəkib göndərdik. Bu dəfə isə bizə, “Özünüz qırmısınız və 280 manat ödəniş edin, qapısını dəyişək” dedilər. Bunu biz necə edə bilərik? Yenə soyuducunun qapısı çöldən əzilmiş, qırılmış olsa deyərdilər ki, hə, biz etmişik. Amma bu içəridən qırılıb. Usta göndərmirlər, gəlib baxmırlar. Eləcə fotoya baxıb rəy bildirirlər. Heç bir köməklik edilmir, qırıq olan məhsul üstümüzdə qalıb”.
Bu haqda paylaşım edəndən sonra “Kontakt Home”dan şikayətçiyə zəng edilib və soyuducunun dəyişdiriləcəyi bildirilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
Ukraynanın yeni hədəfi Rusiyanın onlayn ticarət sektoru ola bilər
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
