Köməkçisi Ərdoğanın Suriyada təhlükəsiz bölgə ilə bağlı bəyanatını şərh etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada təhlükəsiz bölgə ilə bağlı bəyanatı ciddi müzakirə mövzusuna çevrilib.
Türkiyə mətbuatının yazdığına görə, Prezidentin köməkçisi Fuad Oqtay R.T.Ərdoğanın açıqlamasını şərh edib.
O bildirib ki, Türkiyə liderinin açıqlaması nə təhdiddir, nə də blef.
F.Oqtay Qərbi nəzərdə tutaraq deyib ki, rəsmi Ankara hər hansı bir ölkənin mühafizəçisi deyil:
“Türkiyə onların köçkün anbarı, yaratdıqları böhranın da əvəzini ödəyəcək ölkə deyil. Onlar hesab edirlər ki, növbəti miqrasiya dalğası başlasa, Türkiyə bunun öhdəsindən gələcək. Bu yanaşma yanlışdır”.
Qeyd edək ki, R.T.Ərdoğan Suriyada təhlükəsiz bölgənin yaradılmadığı təqdirdə Türkiyənin sərhədlərini açmaq məcburiyyətində qalacağını deyib:
“Bizim bunu amerikalı dostlarımızla birlikdə həyata keçirməyimiz daha uyğun olar. Avropa bizə söz verdiyi yardımları etməyib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
Meloni İtaliyada yeni siyasi rekord qırdı
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"
Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir
İlham Əliyev Putinlə ayaqüstü görüşdü - FOTOLAR