Köhnə divardan çıxan xəzinə: Belçikada 9 milyon avro dəyərində tapıntı!
Belçikanın Dendermonde şəhərində aparılan təmir işləri zamanı inanılmaz bir hadisə baş verib. Köhnə bir binanın divarından 9 milyon avro dəyərində qızıl külçələr və sikkələr tapılıb.
Minval.info xəbər verir ki, bu qiymətli tapıntı, sosial yardım təşkilatına aid binanın zirzəmisində divarların sökülməsi zamanı aşkar edilib. Təmir işçiləri divarın içində gizlədilmiş dəmir sandıqla qarşılaşıblar və dərhal binanın sahibi ilə hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Əraziyə gələn polis əməkdaşları sandığı təhlükəsiz bir yerə köçürüblər. Şərqi Flandriya Prokurorluğu hadisə ilə bağlı genişmiqyaslı araşdırma başladıb. İstintaqın əsas məqsədi xəzinənin kimə aid olduğunu və qanuni yollarla əldə edilib-edilmədiyini müəyyənləşdirməkdir.
Bu hadisə Belçika ictimaiyyətində böyük maraq doğurub və çox sayda xəzinə ovçusunu bölgəyə cəlb edib. Xəzinənin son sahibinin kim olacağı isə davam edən araşdırmaların nəticəsindən asılı olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır