KİV: Baş məşqçi Renat Dadaşova Avropa Liqasında şans verməlidir
İngiltərənin “Vulverhempton” komandasının baş məşqçisi Nunu Eşpiritu Santu Azərbaycan millisinin futbolçusu Renat Dadaşova Avropa Liqası matçında şans verməlidir.
“Report”un məlumatına görə, bu barədə ölkənin “Wolves.vitalfootball” nəşri məlumat yayıb. Bildirilib ki, 21 yaşlı hücumçu dəyərini sübut etmək üçün İspaniya “Espanyol”u ilə qarşılaşmada iştirak etməlidir.
Avropa Liqasının qrup mərhələsində olduğu kimi “Vulverhempton”un 1/16 finalda da bir sıra aparıcı futbolçularına istirahət verəcəyi gözlənilir. Renat Dadaşov bazar ertəsi U-23-ün heyətində “Liverpul”a 1:2 hesabı ilə uduzduqları görüşdə iştirak edib və komandasına penalti vurmaq imkanı qazandırıb.
Nəşr bildirir ki, forvard avrokubok matçına hazır olmalıdır: “Vulverhempton”un hücum xəttində problem var. Niyə Dadaşovu ehtiyat hücumçu rolunda görmürsünüz”? – deyə nəşr vurğulayıb.
Qeyd edək ki, Renat Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pakuş de Ferreyra” klubunda keçirib. Klub gənc oyunçunu Avropa Liqası oyunları üçün sifariş edib. “Vulverhempton” 1/16 finalda “Espanyol”la ilk oyununu fevralın 20-də evdə, cavab görüşünü isə fevralın 27-də səfərdə keçirəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək