"Kişiyəm, başına oyun açaram" - Canlı yayımda dava
“11 yaşımda bir əsər oxudum, indiyənə kimi də sevilir. Üç-dörd filmdə çəkilmişəm. Oxuduğum da Qızıl fonddadır. İndiyənə kimi də yazıb-yaradıram. Ona heç xanım da demirəm, o söz ona düşmür – İlahə Fəda. Xalq üçün bunları etmişəm, sən nə etmisən?”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu ARB TV-də yayımlanan “Ona qalsa” proqramında deyib. İfaçı həmkarı İlahə Fədanın onun ünvanına dediyi tənqidlərə cavab verib:
“Çıxıb efirdə kimin əqidəsindən danışır? Kim ona bu haqqı verib? Çıxıb Rövşanə Ağasəfqızının verilişində ağzına gələni deyib. İsti havada oğlumla girib suyun altına, video çəkmişəm. Deyir ki, kimə nəyi sübut edirsən? Mən kimliyimi sübut etmişəm. Amma sən kimsən bilinmir.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Kimliyini sübut edərəm, amma heyif ki, ortada Fədayə Laçın var. Ondan keçə bilmirəm. Anası da gözəl xanımdır. Anası onun yanında danışmaqdan qorxur. Kimsən çıxıb tərbiyədən danışırsan?”.
Həmin an canlı yayıma zəng edən İlahə Tacirin dediklərinə “Qısa deyəcəm: İt hürər karvan keçər. Bu qədər” söyləyərək, telefonu bağlayıb.
Əsəblərinə hakim ola bilməyən T.Şahmalıoğli İlahəni hədələyib:
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
“Düz deyirsən, adam tərbiyədən danışır. 10 milyon xalqın qarşısında bu sözdür danışırsan? Get, güzgünün qabağında dur, gör qadına oxşayırsan? Kim sənə bu haqqı verib ki, belə danışırsan? Kişiyəm, başına oyun açaram. Kişiliyimə yaraşmaz. Mənə ayıb olar, durub hansısa qadınla mübahisə edim. Onunla heç bir problemim, qəsdi-qərəzliyim yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"