"Kim hər il “Liverpul” – “Real” oyununa baxmaq istəyər?”- Klopp
“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 3-cü turunda “Arsenal”la görüşdən sonra maraqlı açıqlama verib.
Qol.az “goal.com”a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis hər il Çempionlar Liqasında eyni komandaların qarşılaşmasından narahat olduğunu bildirib:
“Ümid edirəm ki, bu cür liqa bu il olmayacaq. Avropa Liqası müasir futbola Çempionlar Liqasından daha çox töhfələr verir. Mənim üçün ÇL həmişə eyni komandaların bir-birinə qarşı oynadığı və bunun heç vaxt yekunlaşmadığı bir Superliqadır. Əlbəttə ki, bu, iqtisadi cəhətdən vacibdir. Amma biz bu sistemi niyə bu cür yaratmışıq ki? On il ancaq “Liverpul” – “Real” oyununu kim izləmək istəyər?”
Bununla belə çalışdırıcı futbolda yaradılan imkanlardan da danışıb: “FIFA və UEFA turnirlərdə daha çox iştirakçının olmasına çalışırlar. Görünür ki, onlar bir günü belə futbolsuz saxlamaqdan qorxurlar. Nəhayət, tamaşaçı da bir gün deyəcək ki, “mən bu və ya bu kimi oyunları izləmək istəmirəm”.
Qeyd edək ki, “Liverpul” son Çempionlar Liqası və UEFA Super Kubokunun qalibidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi