Kim Çen İn Rusiyada xarici KİV-ə ilk dəfə müsahibə verdi

Şimali Koreya lideri Kim Çen İn Rusiyaya ilk səfərini edib.
“Ölkə.Az” xəbər verir ki, rusiyalı jurnalist Pavel Zarubin Kim Çen İndən müsahibə götürüb. Şimali Koreya lideri qeyd edib ki, Rusiyaya səfərinin başlanğıcı artıq onda xoş təəssürat yaradıb:
“Mən Rusiyaya xalqımın xoş münasibətilə gəlmişəm. Ümid edirəm ki, səfər uğurlu olacaq və hörmətli prezident Vladimir Putinlə görüş zamanı Koreya yarımadasındakı münasibətin nizamlanması üçün konkret nəticə əldə edəcəyik və iki ölkə arasındakı münasibətləri inkişaf etdirəcəyik”.
Kim Çen İn “Reuters”in müxbirinin “Nüvə silahından imtina etməyə hazırsınızmı” sualına “Hazır olmasaydım, burda olmazdım. Biz bunun üçün çox çalışmışıq. İndi bunu dünyaya göstərməyin vaxtı çatıb” cavabını verib.
Qeyd edək ki, Kim Çen İn bu günə qədər heç bir xarici KİV-ə müsahibə verməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı