Kenan və Bergüzar 11 ildən sonra yenidən bir arada!
Türkiyənin məşhur aktyorları Kenan İmirzalıoğlu və Bergüzar Korel, 11 il aradan sonra yenidən bir serialda birlikdə rol alacaqlar. Onlar “Karadayı” serialından sonra “A.B.İ. (Aile Bir İmtihandır)” adlı yeni serialda bir araya gəlirlər.
Minval.info xəbər verir ki, serialın ilk mövsümündə əsas rollardan birini canlandıran Afra Saraçoğlu, hekayənin inkişafına uyğun olaraq layihədən ayrılıb. Onun yerinə baş rol üçün Bergüzar Korel ilə rəsmi müqavilə imzalanıb. Korel, Kenan İmirzalıoğlunun canlandırdığı Doğan obrazının keçmişindən gələn və onunla dərin əlaqələri olan bir tanışı canlandıracaq.
Yeni mövsümdə yalnız baş rol deyil, yaradıcı heyət də dəyişib. Serialın ssenarisi Ertan Kurtulan tərəfindən yazılacaq, rejissorluğu isə Yağız Alp Akaydın həyata keçirəcək. OGM Pictures tərəfindən istehsal olunan serialın ikinci mövsümünün çəkilişlərinə avqustun 22-də başlanması planlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!