Kəmaləddin Heydərov könüllüləri təltif etdi
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində könüllülərin sertifikatlarla təltifetmə mərasimi keçirilib. Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Nazirliyin müvafiq vəzifəli əməkdaşları, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və fövqəladə hallar könüllüləri iştirak ediblər.
Minval.info xəbər verir ki, mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və “Fövqəladə hallar könüllüləri” proqramından bəhs edən videoçarx nümayiş olunub. Daha sonra Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyi münasibətilə keçirilmiş “Zəfər Liqası” futbol turnirində qalib gələn fövqəladə hallar könüllülərinin təltif edildiyi turnirin kuboku nazir Kəmaləddin Heydərova təqdim olunub.
Nazir Kəmaləddin Heydərov çıxışında ölkəmizdə könüllü təşkilatlarının inkişafı istiqamətində görülən səmərəli fəaliyyətin nəticəsi kimi “Fövqəladə hallar könüllüləri” proqramının formalaşdığını vurğulayıb. O, proqram çərçivəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun müvafiq bilik və bacarıqlara yiyələnmiş çoxsaylı könüllülərin yetişdiyini qeyd edib. Nazir, həmçinin, fövqəladə hallarla mübarizə sahəsində nəzəri biliklərə və praktik vərdişlərə yiyələnmiş könüllüləri təbrik edib və onların əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirliyin fəaliyyətində yaxından iştirak edəcəklərinə əminliyini bildirib.
Tədbirin sonunda könüllülərə sertifikatlar təqdim olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maarifçi təcrübəsi: Naxçıvanda gənclərə yeni perspektivlər
Lerikdə 3.1 bal gücündə zəlzələ baş verib
Bakı metrosunda yeni dəmir yolu marşrutu təqdim edildi
Sumqayıt sakinləri zibillikdən bezib: Vəziyyət dözülməzdir!
İnternet bahalaşır: Sürət artır, keyfiyyət sual altındadır
Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Prezidentin təltif etdiyi Famil Qasımov KİMDİR?