04.09.2026 - 16:40
Maqazin 12 baxış

Keçmiş nazirin mühafizəçisi ilə qalmaqallı əlaqəsi ortaya çıxdı

ABŞ-nin keçmiş əmək naziri Lori Çaves-DeRemer haqqında hazırlanan müfəttiş hesabatında bir sıra qayda pozuntuları aşkar edilib. Hesabatda Çaves-DeRemerin mühafizəçisi Brayan Sloan ilə “uyğunsuz dərəcədə yaxın və peşəkarlıqdan kənar” münasibət saxladığı qeyd olunub. Minval.info xəbər verir ki, araşdırma zamanı onların arasında romantik və ya cinsi münasibətin olduğunu sübut edən kifayət qədər dəlil əldə edilməyib.

Hesabatda həmçinin Çaves-DeRemerin 2025-ci ilin aprelində Oreqonda striptiz klubuna getdiyi və mühafizəçisinə rəqqasənin üzərinə pul qoymağı tapşırdığı bildirilib. Müfəttişlər keçmiş nazirin şəxsi və xidməti səfərləri qaydalara zidd şəkildə birləşdirdiyini, dövlət əmlakında icazəsiz spirtli içki saxlayıb istifadə etdiyini və dövlət resurslarından şəxsi işləri üçün yararlandığını da müəyyən ediblər. Çaves-DeRemer Donald Tramp administrasiyasında əmək naziri vəzifəsində çalışıb və 2026-cı ilin aprelində istefa verib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: