Kazemiro Lionel Messinin komandasına keçdi
Braziliya millisinin təcrübəli yarımmüdafiəçisi Casemiro karyerasını ABŞ-də davam etdirəcək.
Minval.info xəbər verir ki, 34 yaşlı futbolçu MLS təmsilçisi Inter Miami CF ilə 2029-cu ilin iyun ayınadək nəzərdə tutulan müqaviləyə imza atıb.
Kazemiro son olaraq Manchester United F.C.nin formasını geyinib. O, 2022-ci ildə qoşulduğu İngiltərə klubunun heyətində İngiltərə Liqa Kuboku və İngiltərə Kubokunun qalibi olub.
Təcrübəli yarımmüdafiəçi daha əvvəl São Paulo FC, FC Porto və Real Madrid CFnin uğurları üçün çalışıb. O, Madrid təmsilçisinin heyətində beş dəfə UEFA Çempionlar Liqasını, üç dəfə İspaniya çempionatını, üç dəfə İspaniya Superkubokunu, üç dəfə UEFA Superkubokunu və üç dəfə FIFA Klublararası dünya çempionatını qazanıb. Bundan əlavə, bir dəfə İspaniya Kubokunun sahibi olub.
Kazemiro Braziliya millisinin heyətində 2019-cu ildə Amerika Kubokunu qazanıb.
Qeyd edək ki, “İnter Mayami”nin kapitanı Argentina millisinin ulduz hücumçusu Lionel Messidir.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək