04.08.2020 - 19:00
İdman 2 baxış

Kasilyas karyerasını bitirdi

İker Kasilyas futbolla vidalaşıb.

Fanat.Az xəbər verir ki, Kasilyas “Twitter” hesabındakı paylaşımında karyerasını bitirdiyini açıqlayıb.

39 yaşlı qolkiper “Real”ın yetirməsidi. O, Madrid klubunda 510 matçda meydana çıxıb və 5 dəfə La Liqanın, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə Superkubokun, 3 dəfə isə Çempionlar Liqasının qalibi olub.

Kasilyas İspaniya millisinin heyətində DÇ-2010, Avro-2008 və Avro-2012-də çempionluq yaşayıb.

Məşhur qapıçının son iş yeri “Portu” olub. Kasilyas ötən ilin may ayında Portuqaliya klubunun məşq bazasında infarkt keçirmişdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: