“Kasıb yaşayanların əksəriyyəti qorxaqlardır” – Hüquq müdafiəçisi
Son vaxtlar adı müxtəlif qalmaqallarda hallanan hüquqşunas Aslan İsmayılov öz “Feysbuk” səhifəsində virtual dayaqlarından yavaş-yavaş məhrum olduğunu etiraf edib.
Hüquqşünas onu sosial şəbəkədə izləyənlərin xeyli azaldığını bildirib:
“Tənqidi yazını yazan, buna görə haqqında iki hökm çıxarılan və üçüncüsü hazırlanan, başqa min bir təqibə məruz qalan mən, qorxanlar isə sadəcə səhifəmi izləyənlərdir. Son bir ayda səhifə izləyicilərinin sayı min nəfərə yaxın azaldı. Paylaşanların, bəyənənlərin, şərh yazanların da sayında ciddi azalma müşahidə olunur. Hələ də anlamadıq ki, qorxan insan gün ərzində bir neçə dəfə, qorxmaz isə həyatında bircə dəfə ölür. Bu yaşımda hələ də qorxmaz insanın çox kasıb yaşadığını görməmişəm. Əksinə kasıb yaşayanların əksəriyyəti qorxaqlar və həmişə “əşşi nəyimə lazımdır” deyənlərdir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək