Kartdan karta köçürmələrə yeni limitlər: Maliyyə nəzarəti güclənir və dələduzlar üçün çətin günlər başlayır
Avqustun 1-dən etibarən kartdan karta köçürmələrə yeni məhdudiyyətlər tətbiq olunmağa başlanılıb. Bu qaydalara görə, bir şəxs gün ərzində maksimum 5 köçürmə həyata keçirə və 5 köçürmə qəbul edə bilər. Aylıq köçürmə limiti isə 20 min manat olaraq müəyyən edilib. Lakin şəxsin öz adına olan kartlar arasında aparılan köçürmələr bu məhdudiyyətlərdən istisnadır.
Minval.info xəbər verir ki, iqtisadçı ekspert Rəşad Hüseyn bu yeniliklərin əsas məqsədinin nağdsız ödənişlərə və maliyyə əməliyyatlarına nəzarəti gücləndirmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu addım pos-terminallarla ödənişlərin artmasına və vergi daxilolmalarının yüksəlməsinə səbəb olacaq, eyni zamanda qeyri-qanuni əməliyyatların qarşısını almağa kömək edəcək. Dələduzluq və müxtəlif sxemlərlə vəsait əldə etməyə çalışan qrupların fəaliyyəti çətinləşəcək.
Rəşad Hüseyn əlavə edib ki, gələcəkdə bu qaydaların daha da təkmilləşdirilməsi vacibdir. Banklar süni intellektin imkanlarından istifadə edərək, kütləvi ödənişləri daha dəqiq analiz etməli və riskli əməliyyatlara nəzarəti gücləndirməlidir. Bu, çirkli pulların və dələduzluğun qarşısını almağa və vətəndaşların əlavə çətinliklərlə üzləşməməsinə imkan yaradacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ət məhsullarında bahalaşma: idxal qiymətləri niyə ucuzlaşdırmır?
Strateji valyuta ehtiyatlarımız 41 aylıq idxalı qarşılaya bilir
Boz səma altında günəş panelləri ilə enerji xərclərinə qənaət
Azərbaycan Asiyadan Avropaya elektrik şəbəkəsi qurmağı planlayır
“Kristal” layihələrində mənzil kreditləri yeniləndi: illik 8%-dən başlayır
Ət qiymətlərinin artımı barədə nazirin açıqlaması
Bakıda taksi qiymətləri artıb: Aylıq xərclər 330 manata çatır