Karantindən bir sutka öncə: çimərliklərdə “tıxac” - Reportaj, Foto
Ötən gün paytaxt çimərlikləri adamlarla dolub-daşırdı. İnsanlar 14 gün dəniz üzünə həsrət qalacağını bildiyi üçün plyajlara axışmışdı.
Artıq bu gündən etibarən iki həftəlik karantin rejimi başlanıb. Ona görə iyunun 20-də çimərliklərə kütləvi axın varıydı. Hətta Mərdəkan istiqamətində tıxac yaranmışdı.
Musavat.com üçün bildirək ki, insanlar koronavirus təhlükəsini nəzərə almadan dənizin ləzzətini çıxarmağa çalışırdılar.
Bununla belə plyajların girişində dezinfeksiyaedici məhlullar qoyulmuşdu. Həmçinin, sosial məsafənin gözlənilməsi ilə bağlı xəbərdarlıqlara rast gəlmək olardı.
Bundan başqa, Çevik Polis Alayının əməkdaşı karantin rejimi qaydalarına riayət olunub-olunmadığına nəzarət edir, xilasedicilər də ərazidə keşik çəkirdilər. Bir sözlə, karantinə 24 saat qalmış hər kəs halından məmnun idi.
Yeri gəlmişkən, çimərliklərdə “besetka”ların qiyməti dəyişməyib. Karantinə bir gün qalmış belə vətəndaşlara güzəşt etmirdilər.
Belə ki, müştərilərə stol-stul olan kölgəliklər 15-20 manatdan satılırdı. Bu gün isə xüsusi karantindir, nə çimərlik var, nə də “besetka”lar… Yada salaq ki, sərt karantin rejimi tətbiq olunan yerlərdə çimərliklərə getməyə icazə verilməyəcək. Bunu ötən həftə TƏBİB sədri Ramin Bayramlı açıqlamışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsrail səfirliyi Azərbaycanı təbrik edib
Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı
Xalq artisti rüşvətxor məmurlara aid mahnı oxudu - VİDEO
Bakıda daha bir sürücü yol polisinə hücum etdi - ANBAAN VİDEO
Bakıda uşaqlardan ibarət dəstə tutuldu – FOTOLAR




