“Kanalizasiya sistemi düzəlməsə, evlər su altında qalacaq” – Sakinlər kömək gözləyir - VİDEO, FOTOLAR
Xətai rayonu, Naximov qəsəbəsində problemlər yavaş-yavaş öz həllini tapır.
Musavat.com xəbər verir ki, qəsəbə sakinlərini narahat edən əsas problem yol və kanalizasiya sistemidir. Yollara artıq asfalt çəkilir, amma kanalizasiya problemi hələ də qalmaqdadır. Bəzi küçələrdən ümumiyyətlə kanalizasiya xətti keçmir, insanlar plastik borularla ən yaxın xəttə qoşulublar. Bu, əlavə problemlər yaradır.
Məsələ təkcə bununla da bitmir. Belə ki, Naximov qəsəbəsi, döngə 2-nin küçələri, evlərinin zirzəmiləri bir neçə ildir, su içində qalıb. Buna səbəb isə, qrunt və yağış sularıdır.
Çirkab, yağış, qrunt və ya axıntı sularının süni yolla axıdılması üçün yaxınlıqda 2 metr dərinliyində drenaj qazılıb, amma 3 ildir ki, bu sistem işlək deyil. Çünki onun kanalizasiya xətti ilə birləşən yeri tutulub, dərinlik azalıb və qamışlar boy atıb. Bu səbəbdən də bütün sular ətrafa, küçələrə, evlərin zirzəmilərinə dolur.
Sakinlər aidiyyəti qurumlardan kömək gözləyirlər: “Əslində bu problem 1 gün, hətta saatlar ərzində öz həllini tapa bilər. Sadəcə, bu drenajı bərpa etmək lazımdır. Küçələrdə asfaltlanma işləri gedir. Sonunda palçıqdan xilas oluruq. Drenaj və kanalizasiya sistemi də düzəlsə, qəsəbədə problem qalmaz”.





https://www.youtube.com/watch?v=4NLimp7k4T4&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müdafiə Nazirliyi şəhidlərimizin adlarını- Açıqladı
Bakıda ağır qəza: “Toyota” yük maşınına çırpıldı - ANBAAN VİDEO
Türkmənistan prezidentindən öz ad günündə gözlənilməz davranış
SON DƏQİQƏ - DTX daha bir yüksək vəzifəli şəxsi həbs etdi
Gecələdiyi avtobusda donaraq ölən məşhur aktyor - Fotolar