“O avtomobil mənim oğluma məxsus deyil. Oğlumun avtomobili kanala düşməyib. Əgər düşsəydi, ən azı bir ata kimi bundan xəbərim olardı. O, maşın bizim deyil”.
Bu sözləri “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı, “Şərur” MTK-nın sədri İsfəndiyar Axundov oğluna məxsus olduğu deyilən 10 VO 200 dövlət nömrə nişanlı “Bentley Continental” model bahalı avtomobilin su kanalına düşməsi ilə bağlı xəbərlə reaksiya verərkən deyib.
Belə ki, “Bentley Continental” markalı avtomobil su kanalına düşüb. Hadisənin detalları məlum olmasa da, görüntülərdə sürücü və digər şəxsin avtomobili su kanalından çıxarmaq üçün cəhd göstərdikləri öz əskini tapıb.
Hadisədən sonra iddia edilib ki, avtomobil Axundovlara aiddir. O isə bunu danıb və qəza törədən avtomobilin onlara aid olmadığını bildirib.
Minval.info saytı isə su kanalına düşən avtomobilin İsfəndiyar Axundovun oğlu Tanrıverdi Axundova aid olması ilə bağlı foto əldə edib. Fotoda su kanalına düşən 10 VO 200 dövlət nömrə nişanlı “Bentley Continental” avtomobilinin yanında Tanrıverdi Axundov görünür. Bəhs etdiyimiz fotonu bir müddət öncə Tanrıverdi Axundov özünü “instagram” hesabında paylaşıb.
Bu da avtomobilin onlara aid olduğunu isbat edir. Gənc milyonçular 200 rəqəmini də çox sevirlər. Elə buna görə də, 10 VK 200, 10 VV 200, 10 UU 200, 10 EA 200, 10 DR 200, 10 OX 200, 10 OV 200, 10 LN 200, 10 KO 200, 10 VO 200 dövlət nömrə nişanlı avtomobillər Axundovun ailəsinə məxsusdur.
Paşa Sadıqlı
Minval.info