25.09.2026 - 15:51
Kamran Seyidovun qətl hadisəsi: qısqanclıq yox, tamah motivi
Kriminal 7 baxış

Kamran Seyidovun qətl hadisəsi: qısqanclıq yox, tamah motivi

Sentyabrın 23-də Əvəcuğ-Xürəl kəndində meşəlik ərazidə aşkarlanan qadın meyiti ilə bağlı yeni məlumatlar üzə çıxıb. Hadisənin ilk olaraq qısqanclıq zəminində baş verdiyi düşünülürdü.

Minval.info xəbər verir ki, 1976-cı il təvəllüdlü Səadət Həsənovanın qətli ilə bağlı ilkin versiyada 1999-cu il təvəllüdlü Kamran Seyidovun şübhəli şəxs kimi qeyri-rəsmi nikah əlaqəsində olduğu iddia edilirdi. Lakin Həsənovanın ailəsi bu məlumatları rədd edib.

Qətlə yetirilən qadının ailəsi hadisənin qısqanclıq deyil, pul məsələsi ilə bağlı olduğunu bildirib. Onların sözlərinə görə, Səadət Həsənova ilə Kamran Seyidov arasında sevgi münasibəti mövcud olmayıb. Qadının qardaşı Rasim Babayev, bacısının işdən evə qayıdarkən Kamran Seyidov tərəfindən izlənildiyini və boynundakı qızıl boyunbağının oğurlanması məqsədilə öldürüldüyünü qeyd edib.

Həsənovanın qardaşı oğlu İlkin Babayev də hadisənin şəxsi münasibətlərdən deyil, maliyyə məsələlərindən qaynaqlandığını vurğulayıb. Hadisə zamanı Səadət Həsənovanın işdən çıxıb evinə qayıtması anı idi və Kamran Seyidov tərəfindən təqib edilərək qətlə yetirilib.

Qeyd edək ki, Kamran Seyidov, 2024-cü ildə təyyarə qəzasında həyatını itirən bacı-qardaşın ögey qardaşıdır və kompensasiya məsələsində iddialı olub. Hadisə ilə bağlı istintaq davam edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: