Kamran Səfərəliyev vergi xidmətinə rəis təyin edildi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə yeni rəis təyin olunub. Bu vəzifəyə Kamran Rəşad oğlu Səfərəliyev gətirilib. O, 2022-ci ilin avqustundan 2026-cı ilin avqustunadək həmin Baş İdarənin rəis müavini vəzifəsində çalışıb.
Minval.info xəbər verir ki, Kamran Səfərəliyev vergi orqanlarında fəaliyyətinə 2018-ci ilin oktyabrında başlayıb. 2018-2019-cu illərdə Vergilər Nazirliyində şöbə rəisi, 2019-2022-ci illərdə isə departament rəisinin müavini vəzifələrində işləyib.
Bundan əvvəl Səfərəliyev təxminən 9 il “EY” beynəlxalq audit şirkətində çalışıb və burada audit üzrə müxtəlif vəzifələrdən başlayaraq Assurance Manager vəzifəsinədək yüksəlib. Onun fəaliyyəti əsasən neft-qaz, telekommunikasiya, sənaye və digər iri şirkətlərin auditini əhatə edib. Səfərəliyev 2014-cü ildə “EY Budapest” ofisində də çalışıb. 2017-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında müəllim kimi fəaliyyət göstərib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı