Kamil Zeynallı həbsinə sevinənləri ermənilərlə bir tutdu
Fitnes məşqçisi Kamil Zeynallı sosial hesabında paylaşım edib.
“Minval.info” xəbər verir ki, o, həbsindən danışaraq, buna sevinənlərə ismarıc göndərib:
“Döyüş zamanı mənim tutulmagıma görə ermənilər də sevinirdi, bunlar da… Niyə?! Əsgər qardaşlarımıza isti geyim, ərzaq, siqaret aparmağıma görə niyə bunlar üzüldülər? Nə məsələdir? Əsgərlərə yardım apardığıma görə ermənilər mənə çox pis nifrət edirdilər. Nifrət nifrətə qarışmışdı. Bunlar da onlara qoşulub sevinirdilər. Dostlar, sizi öz vicdanınıza, şərəfinizə buraxıram… Bunlara nə ad vermək olar?”
Qeyd edək ki, bir müddət öncə idmançı Kamil Zeynallı polis əməkdaşları tərəfindən saxlanılmışdı. O, işğaldan azad edilən ərazilərə getməyə cəhd edib. Lakin orada xidmət aparan polis əməkdaşlarının buna icazə vermədikləri qeyd olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək
