Kərim Babayevin ticarət mərkəzlərinə ordu yeridildi
Azərbaycanlı biznesmen Kərim Babayevin Rostov vilayətinin Aksai rayonunda yerləşən ticarət mərkəzlərində Rusiya xüsusi xidmət orqanları əməliyyata başlayıb.
Yeniavaz.com “kommersant”a istinadla xəbər verir ki, əməliyyatın Kərim Babayevin 20 il əvvəl qurduğu cinayətkar cəmiyyətdə iştirak etməkdə şübhəli bilinən Aksai rayon administrasiyasının rəhbəri Vitali Borzenkoya qarşı bu yaxınlarda açılan cinayət işi ilə əlaqədardır. Təxminən 3 min 500 hərbçi, polis, FTX işçisinin 15 hektar ərazini mühasirəyə alaraq yoxlamalara başlayıb.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Hüquq-mühafizə orqanlarının əməkdaşları pərakəndə satış məkanının qanunvericiliyinə uyğunluğunu, ticarət fəaliyyətinin qanuniliyini, habelə narkotik, silah ticarəti və sair məsələləri araşdırır.
Xüsusi əməliyyat “Atlant”, “Classic”, “Almaz” və tərəvəz bazarlarında baş tutub. Verilən məlumata görə, bazarların ərazisindən çıxmaq istəyən sürücülər yoxlanılıb və bazarlara girmək istəyən şəxslər dayandırılıb.
Qeyd edək ki, Kərim Babayev oğulları Vadim və Eduard Babayevlər, iş adamı İvan Sitko və Aksai rayon administrasiyasının rəhbəri Vitali Borzenko saxlanılıb. Kərim Babayevin isə ölkədən qaçdığı və hazırda axtarışda olduğu bildirilib.
https://youtu.be/WYmt-RFHAT4
https://youtu.be/2LusZZ1c8NM
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO