Kəndli "erotik tarla"sından danışdı: Onun sinəsi kələmlərimi bəd nəzərdən qoruyur...
Hindistanın Andhra-Pradeş ştatının sakini Çençu Reddi adi kəndlidir. Amma o, artıq ölkənin ən məşhur fermerlərindən birinə çevrilib.
Minval.info The Mirror-a istinadən bildirir ki, 10 hektarlıq tarlasında kələm becərən 45 yaşlı kəndli pornoqrafik filmlərin ulduzu, aktrisa Sanni Leonedən vasitə kimi istifadə edib.
“Kələmlər kənd sakinlərinin və tarlanın yanından keçənlərin diqqətini cəlb edir. Buna görə də Sanninin fotosu olan plakatı tarlanın yanına qoydum. Üstəlik, plakata “Ey, ağlama və mənə paxıllıq etmə!” yazdım.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Bunu məhsula göz dəyməsin deyə, etdim. İndi Sanni bütün baxışları cəlb edir, kələm də yaxşı, gözdəymə, bədnəzər olmadan yetişir. “Erotik tarla” desələr də, vecimə deyil. Onun sinəsi kələmlərimi bəd nəzərdən qoruyur”, – Çençu Reddi deyib.
Onun sözlərinə görə, əvvəllər tarlanı bədnəzərdən qorumaq üçün əcinnə başlı bostan müqəvvalarından istifadə edib: “Amma heç bir nəticə olmadı. Plakatın isə əla gücü var. Son illərdə ilk dəfədir ki, tarlamda bu qədər məhsul yetişir. Məmurların plakatı sökəcəklərinə də inanmıram. Axı məmurlar nə zaman dərd-sərimizi soruşublar ki, indi də gələlər?!”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar