31.08.2020 - 12:10
Dünya 3 baxış

Kəbə yenidən ibadət üçün açılır

Koronavirus pandemiyası səbəbi ilə martın 5-dən etibarən qapadılan Kəbənin yenidən açılacağı gündəmə gəlib.

Kəbənin cümə axşamından etibarən ibadət üçün açılacağı bildirilib.

Hazırkı vəziyyətlə əlaqədar xaricdən vətəndaş qəbul edilməyəcəyi açıqlanıb.
Həcc və Ümrə ziyarətlərinin yalnız Səudiyyə vətəndaşları üçün açıq olacağı bildirilib.

Ziyarətçi sayında məhdudiyyətlər tətbiq olunacaq və hər gün 6 min insanın ziyarətinə icazə veriləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: